Balinaların kütləvi intiharı

Balinaların kütləvi intiharı

19 İyul 2023 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

Yaşadıqları ağrılı hadisəyə dözə bilməyən 55 balina birlikdə sahilə çıxıb. İngilis Dalğıclar və Dəniz Həyatı Xilasetmə Qrupu, sürüdəki hamilə pilot balinanın doğuş zamanı yaranan fəsad səbəbiylə sahilə yuvarlandığını və sürünün qalan hissəsinin onunla birlikdə intihar etdiyini deyirlər. Çünki onların bir-biri ilə çox güclü bağları var.

Dünən səhər balinaların sahilə çıxdığını görən vətəndaşlar vəziyyəti dərhal səlahiyyətlilərə xəbər veriblər. Tezliklə hadisə yerinə gələnlər onlarla balinanı dənizə qaytarmağa çalışıblar.

Balinaları xilas etmək üçün saatlarla mübarizə aparan məmurların səyləri heç bir nəticə verməyib. Yalnız bir balinanın dənizə qaytarıldığı bildirilir.

İngilis Dalğıclar və Dəniz Həyatı Xilasetmə Qrupu tərəfindən verilən açıqlamada sürüdəki hamilə pilot balinanın doğuş zamanı yaranan fəsad səbəbilə sahilə çıxdığı, sürünün qalan hissəsinin isə güclü sosial bağları səbəbindən onunla birlikdə intihar etdiyi bildirilib.

Şotlandiyanın Dəniz Heyvanlarının Yoxlanması Birliyi isə hadisənin səbəbini müəyyən etmək üçün yaxın günlərdə balinaların cəsədlərindən nümunə götürüləcəyini və araşdırılacağını bildiriblər.

Murad Şahməmməd