Qusarda məktəb yandı
Qusarda məktəbdə yanğın olub. Qusar rayonu, Hiloba kəndində (rayon mərkəzindən 35 km aralı) hal-hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 112 kv.m olan birmərtəbəli, 4 otaqlı məktəb binasının 2 sinif otağının yanar konstruksiyaları və içərisinə yığılmış istifadəyə yararsız inventarlar 88 kv.m sahədə yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
O.M.
Digər xəbərlər