Arxa təkər partladı - olan oldu!

Arxa təkər partladı - olan oldu!

1 Mart 2013 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Gecə Bakının Nobel prospektində yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, 21 yaşlı Quliyev Əli Hüseyn oğlu idarə etdiyi "Honda" markalı minik avtomobili Neftçilər prospekti ilə üzü Nobel prospekti istiqamətində hərəkətdə olan zaman dəniz liman yaxınlığında avtomaşına nəzarəti itirib. Nəticədə gəldiyi sürətlə də limanın qarşısında park edilmiş "Bmw" markalı digər nəqliyyat vasitəsinə çırpılıb. Zərbədən sonra fırlanan avtomaşın "Mercedes" markalı başqa bir avtomaşına da dəyib. Hadisə zamanı xəsarət alan olmasa da , ərazidə olan 3 nəqliyyat vasitəsinə ziyan dəyib. Sürücünün sözlərinə görə, hərəkətdə olan zaman avtomobilin arxa təkərinin partlaması qəzanın baş verməsinə səbəb olub. Faktla bağlı Bakı şəhər dövlət yol polisi şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq baş vermə səbəbləri təyin ediləcək avtotexniki ekspertizalardan sonra bəlli olacaq.

O.M.