7 türk generalı Azərbaycandadır

7 türk generalı Azərbaycandadır

13 Mart 2013 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Türkiyə Silahlı Qüvvələrindən verilən məlumata görə, nümayəndə heyətində quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti təmsil olunur, onlardan 7-si generaldır. Martın 15-dək davam edəcək səfər çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi qurumlarında görüşlər keçiriləcək. Görüşlərdə qarşılıqlı hərbi əməkdaşlığın müxtəlif aspektləri üzrə müzakirələr aparılacaq.

O.M.