Ermənilər atəşkəsi pozub

Ermənilər atəşkəsi pozub

15 Mart 2013 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan, İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəbrayıl rayonunun işğal olunmuş Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.