Bakı-Qazax qatarını partlatmaq istədilər

Bakı-Qazax qatarını partlatmaq istədilər

6 İyun 2013 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 5-də Bakıda qatarda partlayış törədilməsi cəhdinin qarşısı alınıb. Lent-az-ın əldə etdiyi məlumata görə, Nərimanov rayonu Keşlə qəsəbəsi Keşlə dəmiryol stansiyasında Bakıdan Qazaxa gedən qatarda partlayıcı əşyanın olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hüquq-mühafizə orqanlarından kinoloji qruplar və pirotexniki işlər üzrə mütəxəssislər, eləcə də xüsusi əməliyyat qrupları hadisə yerinə cəlb edilib və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Dərhal Bakı-Qazax sərnişin qatarının hərəkətinin dayandırılması əmri verilib və qatar Keşlə stansiyası ərazisində saxlanılıb, sərnişinlər qatardan uzaqlaşdırılıb. Qatarın bütün vaqonlarına baxış keçirilib. Bu zaman qatarın 10-cu vaqonunda partlayış təhlükəli əşyalar aşkar olunub. Aşkar edilmiş partlayıcı təhlükəli əşyalar hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə götürülərək aidiyyəti üzrə aparılıb.

Əməliyyatdan sonra qatarın hərəkəti davam etdirməsinə icazə verilib.Faktla əlaqədar hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

O.M.