Bakıda hərbi avtobus qəzaya uğradı: ölən var
Bakı şəhərinin Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Puta qəsəbəsi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə məxsus "KAVZ-685" markalı hərbi sərnişin avtobusu ilə "İJ" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü 1982-ci il təvəllüdlü Vadim İsmayılov ağır bədən xəsarətləri alıb və Kliniki Tibbi Mərkəzə gətirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.
O.M.
Digər xəbərlər