Fransada sürücü avtomobil izdihamın üzərinə çsürüb: 1 nəfər ölüb, 10 nəfər yaralanıb
Fransanın Kan şəhərində avtomobilin izdihamın üzərinə sürməsi nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Fransanın Normandiya bölgəsində yerləşən Kan şəhərində dəhşətli anlar yaşanıb. Oxuməni.az xəbər verir ki, bu barədə yerli mətbuatın məlumatında deyilir. Yerli vaxtla saat 22:00 radələrində hələ məlum olmayan səbəbdən sürücünün avtomobili izdihamın üzərinə sürməsi nəticəsində azı 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Caen qatar stansiyası yaxınlığında baş verən hadisədən sonra əraziyə çoxlu sayda polis və təcili yardım briqadası göndərilib. Yerli hakimiyyət ilkin məlumatlara görə, ən azı bir nəfərin öldüyünü, altısı yüngül olmaqla 10 nəfərin yaralandığını bildirib.
Polis 1 şübhəlinin saxlanıldığını və ətraflı araşdırmalara başlanıldığını bildirilib.
Hadisənin ərazidəki əyləncə məkanlarından birində baş verən davadan sonra baş verdiyi bildirilsə də, bu iddia hələ də rəsmilər tərəfindən təsdiqini tapmayıb.
Əziz MUSTAFA















































.jpg-3.jpg)
.jpg-2.jpg)
.jpg-1.jpg)












































