Bərdədə mənşəyi bilinməyən tonlarla ət aşkarlanıb

Bərdədə mənşəyi bilinməyən tonlarla ət aşkarlanıb

14 Fevral 2014 14:09
Bəyəndim (0) Bəyənmədim (0)
Saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də var

Bərdə rayonunda yararsız halda olan və mənşəyi məlum olmayan tonlarla ət tapılıb. Apa-nın Qarabağ bürosunun xəbərinə görə, Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı məlum olub ki, Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan xeyli miqdarda ət var.

DBX-nin Mətbuat Xidmətinin rəisi Yolçu Xanvəli bildirib ki, S. Novruzovun həyətində müəyyən olunan saxlanc yerində hətta iki il əvvəl kəsilmiş heyvanın əti də tapılıb: "Tapılan ətin xeyli hissəsinin mənşəyi məlum deyil. Hazırda əməkdaşlarımız buradakı ətin miqdarını və mənşəyini müəyyən etməyə çalışırlar".

Reydə DBX rəisi Siyalə Rüstəmova rəhbərlik edir.