İntihar edən qızın atasına mesajı: “Ata, məni bağışla!"
11-ci sinif şagirdi özünü 9-cu mərtəbədən atıb
Bu gün Bakı şəhərinin Səbail rayonunda baş vermiş dəhşətli intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Məlumata görə, özünü 9-cu mərtəbədən ataraq intihar edən 17 yaşlı Zərifə Əsədova bu gün səhər saatlarında evlərində baş vermiş mübahisədən sonra qaçıb. Nəsimi rayonu R.Hüseynov küçəsi 7, mənzil 533 ünvanındakı evdən çıxan gənc qız Səbail rayonu ərazisinə gəlib. Mətbuat prospekti 2 ünvanındakı 9 mərtəbəli binanın damına çıxmaq istəyən qız pilləkəni tapa bilməyib və 9-cu mərtəbənin blokundakı pəncərədən özünü atıb.
Orta məktəb şagirdi olan 17 yaşlı Zərifə Əsədovanın hansı səbəbdən evdən qaçması, nəyə görə Mətbuat prospektindəki binanı seçməsi və digər qaranlıq məqamlar araşdırılır.
Qeyd edək ki, gənc qız intihar etməzdən əvvəl atasına sms yazıb.
--------------
Bu gün saat 15:00-da Bakıda orta məktəb şagirdi olan qız intihar edib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Mətbuat prospekti 2 ünvanında 1997-ci il təvəllüdlü Zərifə Mübariz qızı Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən atıb. Qız hadisə yerində ölüb. Onun orta məktəbin 11-ci sinif şagirdi olduğu məlum olub.
Qeyd edək ki, qızın mobil telefonundan atasına göndərdiyi mesaj tapılıb. "Ata, məni bağışla! Mən bacarmadım", - deyə SMS göndərib. Hazırda intiharın dəqiq səbəbləri araşdırılır.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.