MTN hotellərdə monitorinqlərə başlayıb

MTN hotellərdə monitorinqlərə başlayıb

12 Mart 2014 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin KİV-ə açıqlaması:

"Mədəniyyət və Turizm Nazirliyi Fövqəladə Hallar Nazirliyi ilə birlikdə hotellərdə yoxlamalar aparır, hotel sahiblərinə üzə çıxan nöqsanların aradan qaldırılması üçün tövsiyələr verir. Bizim məqsədimiz hotel sahiblərinə nöqsanların aradan qaldırılması üçün yardım etməkdir. Tövsiyələr nəzərə alınmırsa, o halda başqa ölçülər götürürük. Keçən il 3 hotelin lisenziyası alındı. Hazırda bir neçə hotelin lisenziyası bitib, yoxlama aparırıq. Hotel sahibləri Avropa Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək idmançıların, turistlərin hotellərdə yerləşməsini istəyirlərsə, Avropa Olimpiya Oyunlarına qədər lisenziya almalıdırlar. Lisenziyasız fəaliyyət göstərən hotellər bu imkanlardan istifadə etməyəcəklər".

Mediainfo.az