Moskvada dörd Azərbaycan vətəndaşı saxlanılıb

Moskvada dörd Azərbaycan vətəndaşı saxlanılıb

13 Mart 2014 16:53
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva şəhərinin Julebino rayonu ərazisində milis tərəfindən dörd Azərbaycan vətəndaşı saxlanılıb. Apa-nın Rusiya mətbuatına istinadən məlumatına görə, saxlanılanlar Moskva şəhəri ərazisində silahlı hücumlar və soyğunların təşkilində şübhəli bilinirlər.

Saxlanılan Azərbaycan vətəndaşlarına məxsus "VAZ-2110" avtomaşınından 1 ədəd tapança-pulemyot (28 patronla) və bir tapança götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.