Türkiyədə 6 polis həbs edildi
Aparılan istintaq çərçivəsində məhkəməyə cəlb edilənlər arasında iki polis müdirinin də olduğu bildirilir
Türkiyənin Adana şəhərində dövlət məmurlarının telefon danışıqlarını qanunsuz olaraq dinləməkdə şübhəli bilinən altı polis əməkdaşı həbs edilib.
ANS-in məlumatına görə, telefon danışıqlarını qanunsuz olaraq dinlənməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində məhkəməyə cəlb edilənlər arasında iki polis müdirinin də olduğu bildirilir.
İstintaqı icra edən Adana Baş prokuroru Əli Doğan tərəfindən dindirildikdən sonra Növbətçi Məhkəməyə sövq edilən şübhəli qismindəki 6 polis həbs olunub.
Polis əməkdaşları qanunsuz dinləmə, şəxsi həyatın gizliliyini pozmaq və rəsmi sənəddə saxtakarlıq əməllərində təqsirli biliniblər.
Qeyd edək ki, dünən saxlanılan daha iki polis əməkdaşı isə dindirildikdən sonra sərbəst buraxılıb.













.jpg)




























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)










































