Elektrik cərəyanı can aldı

Elektrik cərəyanı can aldı

24 Aprel 2014 14:18
Bəyəndim (0) Bəyənmədim (0)

Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Hadisə bu gün saat 12.30 radələrində rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Mobil operatorlardan birinin əməkdaşı olan Qusar rayon sakini Aslan Qarabəy oğlu Murməmmədov kənddəki ötürücü stansiyada iş başında olarkən transformatorda elektrikin cərəyanının olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Meyit isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.