Tutulanın anasından tapança götürüldü
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etdiyinə görə tutulmuş R.Cəfərovun anasından silah götürülüb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, Şamaxı şəhər sakini Xatın Əliyevadan 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron sandığı və 3 ədəd patron götürülüb.
Araşdırmalar davam etdirilir.
Mediainfo.az
Digər xəbərlər