Saakaşviliyə qarşı 7 ittiham...
Artıq barəsində iki cinayət işi açılmış Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini yeni ittihamlar gözləyir.
ANS-in məlumatına görə, ölkənin Ədliyyə Nazirliyindən olan mənbə keçmiş dövlət başçısına qarşı altı və ya yeddi ittiham hazırlandığını deyib. İtihamlar arasında korrupsiya xarakterliləri də var.
Gürcüstanın baş prokurorluğu 5 avqustda ölkənin keçmiş prezidenti Mixail Saakaşvili və keçmiş baş nazir və DİN başçısı Vano Merabişviliyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri ilə bağlı cinayət işi açıb.
Mixail Saakaşvili deputatın döyülməsində ittiham edilir. Söhbət 2005-ci ildə Gürcüstan parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilindən gedir. Saakaşvili, həmçinin 7 noyabr 2007-ci ildə müxalifət aksiyasını dağıtmaqda günahlandırılır.
Mediainfo.az