Azərbaycanlı gənc Rusiyada göldə boğulub

Azərbaycanlı gənc Rusiyada göldə boğulub

7 Avqust 2014 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada azərbaycanlı gənc göldə boğulub. Yaxınlarının Apa -ya verdiyi məlumata görə, hadisə Rusiyanın Sankt-Peterburq şəhərində qeydə alınıb. Azərbaycanın Şirvan şəhərindən olan, 1995-ci il təvəllüdlü Murad Heydərli Sankt-Peterburq şəhərində göldə çimərkən boğularaq ölüb.

Mərhumun cənazəsi dünən Azərbaycana gətirilərək doğulduğu rayonda dəfn edilib.

Yaxınlarının dediyinə görə, M. Heydərli 1998-ci ildən ailəsi ilə birlikdə Sankt-Peterburq şəhərində yaşayıb. O, bu il kollec məzunu olub.

M. Heydərli Sankt-Peterburqda fəaliyyət göstərən uşaq futbol komandalarında iştirak edib, "Paralel" mini futbol komandasının qapıçısı olub.

Mediainfo.az