Əsir erməni: “Biz 3 nəfər idik”

Əsir erməni: “Biz 3 nəfər idik”

7 Avqust 2014 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Tovuz rayonunda girov götürülən Ermənistan vətəndaşı Petrosyan Arduş Dalenoviç hüquq-mühafizə orqanlarına təhvil verilib. Bu barədə AzVision.az-a rayonun Ağbulaq kəndinin icra nümayəndəsi Tofiq Hüseynov məlumat verib.

O bildirib ki, artıq həmin şəxs müvafiq dövlət qurumlarına təhvil verilib. İcra nümayəndəsinin sözlərinə görə, saxlanılan erməni mülki vətəndaş olub:

"Kənd sakinləri mənə bildirdilər ki, həmin şəxs hərbçi yox, mülki vətəndaş olub. Tutulan erməni kənd sakinlərinə deyib ki, sərhədi keçən zaman 3 nəfər olublar. Sərhəddə mina partlayışı olub və digər iki nəfər ölüb. Yalnız bu sağ qala bilib. Bizim kəndə çatan vaxt isə kənd sakinləri bunu görüb və saxlayıblar", -deyə, T.Hüseynov əlavə edib.

Qeyd edək ki, bu gün Tovuzun Ağbulaq kəndində Azərbaycan ərazisinə keçən Ermənistan vətəndaşı saxlanılıb. 1965 ci il təvəllüdlü Ermənistan vətəndaşı Petrosyan Arduş Dalen oğlunu tutaraq hüquq-mühafizə orqanların təslim ediblər.

Mediainfo.az