Hərbi çağırışla bağlı "qaynar xətt" yaradılıb

Hərbi çağırışla bağlı "qaynar xətt" yaradılıb

30 İyun 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyin təşkilat səfərbərlik idarəsində "qaynar xətt" yaradılıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, "qaynar xətt" hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal aradan qaldırılması məqsədilə yaradılıb. Həmçinin çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları "qaynar xəttin" bu telefon nömrələrinə 538-61-10, 539 90 28, 539 23 55 zəng edə bilərlər. Şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlardan isə nazirliyin tərbiyə işləri idarəsinin nəzdində fəaliyyət göstərən "etimad xəttinin" telefon nömrələrinə 538-61-31, 538 61 74, 539 23 76 zəng etmələri xahiş olunur.

Bilsin ana torpaq, eşitsin vətən, müsəlləh əsgərəm mən də bu gündən.

Tofiq Əliyev

O.M.