Azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır
"Azərbaycanlı balıqçıların İranda olması məsələsi araşdırılır".
Bu barədə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinə müraciət edilib.
Xatırladaq ki, keçən həftə Xəzər dənizində 4 azərbaycanlı balıqçı itkin düşüb. Sonradan onların İranın müvafiq orqanları tərəfindən Xəzərdə tutularaq bu ölkəyə aparıldığı barədə xəbərlər yayılıb.
Mediainfo.az
Digər xəbərlər






























































































