Gənc ana 3 uşağını ataraq evdən qaçıb (FOTO)

Gənc ana 3 uşağını ataraq evdən qaçıb (FOTO)

19 Avqust 2015 14:38
Bəyəndim (0) Bəyənmədim (0)

Ucar rayonunda gənc ana üç körpəsini evdə qoyaraq qaçıb.

Baku.ws-in məlumatına görə, rayonun Qaracallı kəndində yaşayan 24 yaşlı Şəlalə Rüstəmova gecə saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib. Onun hara getməsindən, ailə üzvlərinin xəbəri olmayıb. Qayınatası Azər Rüstəmovun sözlərinə görə, Şəlalənin yataq otağında olmadığını görəndə ilk olaraq ağıllarına gəlinin intihar etməsi və yaxud ailəni qorxutmaq üçün haradasa gizlənməsi gəlir.

Gecə saatlarında Şəlaləni axtaran zaman məlum olub ki, gəlin özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb.

Olay baş verən gecə ailə ilk olaraq Şəlalənin valideynlərinə xəbər verib. Qayınananın sözlərinə görə, qızının evinə gələn Şəlalənin valideynləri özlərini bir qədər şübhəli və sərbəst aparıblar

Şəlalənin həyat yoldaşı Arif Rüstəmov Rusiyada olduğundan hadisədən səhəri gün telefonla xəbər tutaraq evlərinə geri qayıdıb. Bir-birlərini sevərək ailə qurduqlarını deyən ər, sevdiyi xanımın onu və üç azyaşlı övladını ataraq nə vaxtsa qaçacağını ağlına gətirmədiyini deyib.

Yoldaşının sözlərinə görə Şəlalənin telefonu olmasa da, son bir neçə ayda gizlin şəkildə telefon işlədib. Bütün hadisələr də bundan sonra baş verib. Hadisə baş verən gündən bir neçə gün sonra Şəlalə anasına zəng edərək Bakıda sağ və salamat olduğunu bildirib. Bütün olanlara baxmayaraq, uşaqların xətrinə ailə gəlini qəbul edəcəyi sözünü verib. "Yetər ki, gəlsin, uşaqlarını və ailəni gözüyaşlı qoymasın", - deyə ailə üzvləri bildirir.

Ucar rayon polis şöbəsindən aldığımız məlumata görə, ailə tərəfindən rəsmi olaraq rayon polisinə müraciət qəbul edilib. Hazırda Azər Rüstəmovun müraciəti əsasında, həmin gündən etibarən rayon polis şöbəsində Şəlalə Rüstəmovanın barəsində itkin düşmüş şəxs kimi axtarış elan edilərək axtarışlar davam edir. Ailə üzvləri və rayon polis şöbəsinin əməkdaşları Şəlalə Rüstəmovanı görənlərdən, tanıyanlardan xahiş edir ki, 050 403 61 69, (055 070) 218 21 21 nömrələrinə zəng edərək məlumat versinlər

Mediainfo.az