Batmış gəmidən sərvət çıxdı

Batmış gəmidən sərvət çıxdı

20 Avqust 2015 11:39
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Florida ştatı sahillərində batmış ispan gəmilərindən 4,5 milyon dollar dəyər sərvət tapıblar.

Avropa.info xəbər verir ki, 350 qızıl puldan, qab-qacaqdan ibarət olan xəzinəni dalğıclar dəniz dibindən çıxarıblar. 300 il əvvəl batmış ticarət gəmisindən əşyaları çıxarmaq üçün iki gün lazım olub.

Tapılan sikkələrdən 9 ədədinin xüsusilə nadir olduğu qeyd olunur. Pullar xüsusi olaraq ispan kralı V Filip üçün əridilib. Qızıl sikkələrdən hər birinin qiyməti bazarda 300 min dollara bərabərdir.

Qeyd edək ki, 28 iyul tarixində xəzinə ovçuları həmin regionda milyon dollar dəyərində xəzinə tamışdılar.

Mediainfo.az