Arvadı ilə barışmaq istəyən Elsevər özünü yandırıb öldürdü

Arvadı ilə barışmaq istəyən Elsevər özünü yandırıb öldürdü

25 Avqust 2015 12:07
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə Tovuzda baş verib

Azərbaycanın Tovuz rayonunda həyat yoldaşı ilə dalaşaraq özünü yandıran şəxs dünyasını dəyişib.

Belə ki, Qazax rayonunun Xanlıqlar kənd sakini, 1987-ci il təvəllüdlü Elsevər Qədimalıyev Bakıdakı Yanıq Mərkəzində aparılarkən yolda ölüb.

Xatırladaq ki, hadisə Tovuz rayonunun Quşçu kəndində qeydə alınıb. Elsevər Qədimalıyev özünü üzərinə neft tökərək yandırıb. Yaralı dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub.

Məlumata görə, E. Qədimalıyev 4 ay əvvəl ondan inciyib atası evinə, Tovuz rayon Quşçu kəndinə gedən həyat yoldaşı ilə barışmağa gəlib və rədd cavabı alandan sonra özünü yandırıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mediainfo.az