Qaxda 48 yaşlı kişini çaqqal dişləyib
Avqustun 30-dan 31-ə keçən gecə Qax rayonunun Lələli kənd sakini, 1967-ci il təvəllüdlü Çərkəz Oruc oğlu Məmmədov çaqqal dişləməsi xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 48 yaşlı Çərkəz Məmmədov gecə saatlarında qonşuya gedərkən çaqqal ona hücum edib. Çaqqal Çərkəz Məmmədovun sol əlini, sağ ayağını və qarın nahiyəsini dişləyib. Çərkəz Məmmədova xəstəxanada lazımi tibbi yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Mediainfo.az
Digər xəbərlər














































.jpg)














































