İranın tanınmış din xadimi Bakıya gəlir

İranın tanınmış din xadimi Bakıya gəlir

31 Avqust 2015 11:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədaninin Azərbaycana səfəri başlayır.

Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə məqsədi daşıyan səfər çərçivəsində Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyəti Şəhidlər Xiyabanını, Heydər məscidini və digər yerləri ziyarət edəcəklər. Səfər sentyabrın 4-ü başa çatır.

Mediainfo.az