Potini yenə su basıb

Potini yenə su basıb

31 Avqust 2015 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın qərbində yerləşən Poti liman şəhərinə yağan güclü yağış nəticəsində küçələrdə yenidən daşqın əmələ gəlib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, Potinin Nabadi rayonunda yaşayış binalarının birinci mərtəbəsi su ilə dolub, sakinlərin məişət avadanlığı və texnikasına ziyan dəyib. Bundan başqa, rayonun nasos stansiyası da sıradan çıxıb.

Təbii fəlakət nəticəsində şəhər işıqsız qalıb, bu gün gündüz saatlarında bu problem həll olunub.

Mediainfo.az