“Azərsu”nun anbarında faciə

“Azərsu”nun anbarında faciə

8 Dekabr 2015 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərsu" ASC-nin su anbarında faciəli hadisə baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində "Azərsu" ASC-nin su anbarında qeydə alınıb. Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az