Avtomobil aşdı, sərnişin öldü

Avtomobil aşdı, sərnişin öldü

11 Dekabr 2015 14:53
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN saytının verdiyi məlumata görə, dekabrın 10-da saat 11.00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Qazax rayon sakini Elçin Mustafayev idarə etdiyi "Ford Tranzit" markalı avtomobili aşırıb.

Nəticədə onun sərnişinlərindən Hacıqabul rayon sakini Nemət Eminov hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az