Qadının maşınını vurub qaçdılar

Qadının maşınını vurub qaçdılar

11 Dekabr 2015 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qadının idarə etdiyi avtomobil naməlum şəxsin idarə etdiyi nəqliyyat vasitəsi tərəfindən vurulub. Hadisə Məhəmməd Hadi küçəsi, 13 ünvanının qarşısında baş verib. Şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi avtomobillə Qurbanova Aynurə Xanış qızının sürdüyü "Nissan" vurulub. Nəticədə qadın sürücü kəllə-beyin travması ilə 7 saylı təcili tibbi yardım stansiyasına gətirilib.

Faktla bağlı əməliyyat-axtarılş tədbirləri həyata keçirilir.

Mediainfo.az