Avtomobil velosipedçini vurub öldürdü

Avtomobil velosipedçini vurub öldürdü

14 Dekabr 2015 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Göyçay rayonunda velosipedçinin ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Mırtı kəndində qeydə alınıb.

Kənd sakini Ayaz Osmanov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında velosiped sürən həmkəndlisi Pərvin Əzizovu vurub. Xəstəxanaya yerləşdirilmiş Pərvin Əzizov orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Mediainfo.az