Meyiti tapılan neftçinin kimliyi məlum oldu
Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
SOCAR xəbər verir ki, cəsəd identifikasiya olunub.
Ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli" yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
Mediainfo.az
Digər xəbərlər