“ANS-in yayımının dayandırılması Türkiyə hadisələri ilə bağlı deyil”

“ANS-in yayımının dayandırılması Türkiyə hadisələri ilə bağlı deyil”

19 İyul 2016 00:38
Bəyəndim (0) Bəyənmədim (0)

Milli İnternet Forumunun prezidenti Osman Gündüz ANS-in yayımının dayandırılmasına münasibət bildirib

Onun fikirlərini təqdim edirik: "Artıq məlum olduğuna görə teleradio sahəsində tənzimləyici orqan olan MTRŞ bu gün ANS-in yayımının dayandırılması haqqında qərar verib. Qərarın icrası da RYTN-a göndərilib və texniki imkanları əlindən alınan ANS-in yayımı bu gün axşam saatlarından etibarən dayandırılıb.

MTRŞ-in qərarının əsasən Türkiyədə baş verənlərlə bağlı olduğu bildirilir. MTRŞ qanunvericilikdə son dövrlərdə edilmiş dəyişikliklərlə bağlı əldə etdiyi səlahiyyətindən istifadə edib.

Həmin dəyişikliyə görə milli, iriqi ayrı seçkilik, terrorizm, dövlətçilik əleyhinə çağırışlara, fəaliyyətə şərait – filanla bağlı MTRŞ teleradio yayımını müvəqqəti dayandıra bilər.

Amma düşünürəm ki, bu cür ciddi rezonans doğuracaq qərar yalnız Türkiyə ilə bağlı ola bilməzdi. Güman ki ANS kimi ciddi media qurumu üçün Şurada bu cür qərarın verilməsinə səbəb olab biləcək bizə məlum olmayan da nüanslar ola bilər.

Bununla belə hesab edirəm ki, Azərbaycanın informasiya təhlükəsizliyi baxımından, müharibə şəritində olan bir ölkə üçün bir ciddi bir informasiya resursunun qapadılması çox təhlükləli addımdır.Təbbi, ANS-də qüsurlar, əsaslar tapmaq olar.

Amma uzun illər formalaşmış, onsuzda öz informasiya məkanına yetərincə nəzarət edə bilməyən Azərbaycan üçün bu cür nəhəng informasiya subyektinin bir anda bağlanılmasının düşünürəm ki, bizə çox ziyanı ola bilər.

Xüsusilə son dövrlərdə müharivbə bölgəsində, regionda və ümumiyyətlə dünyada baş verənlər düzgün, doğru informasiyaya, özümüzün istehsal etdiyimiz informasiyamıza ciddi ehtiyac yaradıb. Vətəndaş öz hökumətinin fəaliyyəti ilə bağlı informasiyanı elə ilk öncə özününkülərdən almalıdır. Əks halda başqa birisnin təsiri altına düşəcəyi qaçılmazdır.

Bu baxımdan düşünürəm ki ANS rəhbərliyinin MRTŞ–lə münasibətlərinin dərhal qaydaya salınması, bir masa arxasında müzakirəsinin təşkili, Azərbaycanın dövlətçilik və milli maraqları, informasiya maraqları baxımından problemin həlli istqiamətində addımların atılması indiki anda çox vacibdir."

Mediainfo.az