Nurçulara qarşı daha bir əməliyyat - 5 nəfər həbs olunub
Bakıda nurçulara qarşı əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib.
Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.
Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri - 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan 15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.
Məlumata görə, evində axtarış aparılan şəxslər nurçuluğu təbliğ edirmişlər.
Nurçulara qarşı əməliyyatın yenidən başlaması bir sıra suallar doğurub. İddia olunur ki, bu proses Türkiyədə baş verən 15 iyun qiyamından sonra Bakıda da həyata keçirilən FETÖ-çülərə qarşı əməliyyatların davamıdır.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bu həbslərin profilaktik tədbirlər olduğunu söylədi: "15 iyuldan sonra əməliyyatları FETÖ təşkilatı adı altında aparırdılar. Halbuki bizdə FETÖ terror təşkilatı kimi tanınmayıb və fəaliyyəti qadağan olunmayıb. İndi isə xəbər bundan ibarətdir ki, əməliyyat nurçulara qarşı keçirilib. Ola bilsin ki, qadağan olunmuş dini ədəbiyyat var. Əgər bunlar qanunazidd əmələ gətirib çıxarmayıbsa, bütün bunların hamısı profilaktik xarakter daşıyır. Hesab edirəm ki, profilaktika həbslərlə deyil, maarifləndirmə ilə olmalıdır. Əks halda, Milli Məclis qərar qəbul etməlidir ki, bu ideya, yaxud nurçuluğu yaymaq qadağan edilir, buna əməl etməyənlər məsuliyyətə cəlb olunacaqlar.
Amma indiyə qədər belə bir şey yoxdur. Bunlar olmadığına görə, görülən işləri profilaktik tədbirlər kimi dəyərləndirmək lazımdır. Bu işdə həm dini, həm də qanuni yolla maarifləndirməyə ciddi ehtiyac var. 1990-cı illərdən Azərbaycanda Səid Nursinin təbliğatçıları yayılıb. İndiyə qədər bu, qanunla qadağan olunmayıb.
Sən əgər Səid Nursinin kitabını oxumusansa, bunu təhlükə halına gətirmirsənsə, həbs edilmək qanuna düzgün gəlmir. Ona görə maarifləndirməyə böyük ehtiyac var ki, insanlar məsələnin mahiyyətindən xəbərdar olsun. Tutaq ki, bir nəfər həbs olundu. Səhəri gün bir başqasının bu kitab xoşuna gələ bilər. Əgər burada antidövlət, antikonstitusion işlər varsa, bu da izah olunmalıdır ki, camaat işini bilsin".
Ekspert həbslərin Məhərrəmlik ayına təsadüf etməsinə də toxundu: "Məhərrəmlik ayının nurçulara heç bir aidiyyəti yoxdur. Bu, sırf şiələrlə bağlı olan məsələdir. Ekstremizm adı altında qanuna müəyyən sərtliklər verilir. O qərar hələ qəbul olunmayıb. Kimsə daxildə etiqad sahibi olacaqsa, bunu dini ekstremizm kimi qələmə vermək düzgün deyil. Nurçuluqda çox ciddi bəşəri hisslər var. Ona görə deyirəm ki, maarifləndirmə işi aparılmalıdır. Bunların hamısı çəkindirmək, qorxutmaq üçündür. Amma zamanında demişdim ki, dinlə bağlı aparılan siyasət dinə meylli olanların sayını artıracaq. Bir şeyi unutmaq olmaz ki, dində zorla danışmaq mümkün deyil. İdeyaya qarşı zor işlədiləcəksə, bu əks-effekt verəcək. Din həssas məsələdir.
Belə əməliyyatlar bir qismə təsir edəcəksə, digər qismdə ikiqat bumeranq təsirini bağışlayacaq. Onlar öz aləmlərində daha mübariz olacaqlar. Ona görə gecə-gündüz telekanallarda mənasız verilişlər verməkdənsə, bu istiqamətdə mütəmadi profilaktik tədbirlər aparsınlar. Özü də bunu Qafqaz Müsəlmanları İdarəsi yox, alimlər aparsınlar. İnsanlar da işlərini bilsinlər ki, hansı addımları atsalar cəzalanacaqlar, yaxud hansıları atmasalar cəzalanmayacaqlar".
Mediainfo.az


























.jpg)





.jpg)
.jpg)
.jpg)






































.jpg)
.jpg)
.jpg)

















