Ordumuzun əsgəri özünü güllələyib
Azərbaycan Ordusunun əsgəri intihar edib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 1993-cü il təvəllüdlü İxtiyar Füzuli oğlu Mürsəliyev xidməti silahı ilə özünü vurub. Əsgər aldığı güllə yarasından ölüb. Qeyd edək ki, İ. Mürsəliyev İsmayıllı Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər