Paytaxt sakini evində yanaraq külə döndü

Paytaxt sakini evində yanaraq külə döndü

2 May 2017 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün gecə saatlarında paytaxt sakini evində yanaraq külə dönüb. FHN-nin yaydığı məlumata görə, Bakı şəhəri, Pirallahı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 20 m2 sahədə yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi 1941-ci il təvəllüdlü Aginin Oleq Dmitriyeviçin yanmış meyiti aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az