
Nərimanov və Sabunçu rayonlarında yanğın baş verib
Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) ərazisində kağız tullantıları 4 m² sahədə və yaxınlıqda dayanmış "Ford" markalı yük avtomobilinin ön hissəsi və iki təkəri yanmışdır.
Mediainfo.az-a FHN-dan verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür;
Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanmışdır. Tövlənin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülmüşdür.
Digər xəbərlər