Liftdə köməksiz qalanlar xilas edilib

Liftdə köməksiz qalanlar xilas edilib

8 May 2019 08:34
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai və Nizami rayonlarında ayrı-ayrı ünvanlarda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.