Tərtərdə və İsmayıllida yanğın baş verib

Tərtərdə və İsmayıllida yanğın baş verib

16 İyun 2019 12:59
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtər rayonunun Qarağacı kəndində ümumi sahəsi 48 m² olan talvarın yanar konstruksiyaları 40 m² sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

İsmayıllı rayonunun Sumağallı kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Meşə ərazisi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.