Təhlükə keçdi: Türkiyə-Naxçıvan sərhədi açıldı...

Təhlükə keçdi: Türkiyə-Naxçıvan sərhədi açıldı...

22 İyun 2019 08:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ilə Naxçıvanı birləşdirən Dilucu gömrük keçid məntəqəsində həyəcanlı anlar yaşanır.

Gömrük məntəqəsinin ərazisində əl istehsalı partlayıcı qurğu aşkarlanıb. Dərhal sərhəddə giriş-çıxış qapıları qapadılıb. Ərazidəki insanlar təxliyə edilib, təhlükəsizlik zolağı çəkilib. Partlayıcının məhv edilməsi üçün bölgəyə sapyorlar cəlb edilib.

Hər ehtimala qarşı əraziyə təcili tibbi yardım heyəti də göndərilib.

***

Türkiyə-Naxçıvan sərhədində aşkar edilən şübhəli paket məhv edilib. Belə ki, partlayıcı qurğu planlı bir şəkildə partladılıb.