Oğuzda, Bərdədə və Bakıda yanğın olub

Oğuzda, Bərdədə və Bakıda yanğın olub

26 İyun 2019 13:11
Bəyəndim (0) Bəyənmədim (0)

Oğuz rayonunun Yaqublu kəndində 5 ha biçilmiş taxıl sahəsi və 8 ton ot bağlaması yanıb.

Mediainfo.az-ın verdiyi xəbərə görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bərdə rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb. Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.