Bakıda 25 yaşlı qızı maşın vurub: Vəziyyəti ağırdır
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxuməni.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Xocalı prospektində yolu keçən 1995-ci il təvəllüdlü Novruzova Ülkər Nazim qızını avtomobili vurub.
Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Oxuməni.az
Digər xəbərlər