FTB agenti rusiyalı oliqarx üçün işləyib

FTB agenti rusiyalı oliqarx üçün işləyib

16 Avqust 2023 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş FTB agenti Çarlz Makqoniqal ABŞ sanksiyaları altında olarkən rusiyalı oliqarx Oleq Deripaska üçün işlədiyini etiraf edib.

Bu barədə “Reuters” məlumat yayıb.

Prokurorlar iddia edirlər ki, 2018-ci ildə təqaüdə çıxana qədər Nyu-Yorkda FTB-nin əks-kəşfiyyat bölməsinə rəhbərlik edən Makqoniqal biznes rəqibini araşdırmaq üçün Deripaskadan gizli pul alıb və 2019-cu ildə Deripaskaya qarşı sanksiyaların ləğvi üçün uğursuz cəhd edib.

İttihama əsasən FTB-çiyə maksimum 5 il həbs cəzası nəzərdə tutulur.

Əziz Mustafa