Ağcabədidə minik maşını alışıb yandı
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 07 fevralda Ağcabədi rayonu, Mingəçevir-Bəhramtəpə yolunda vətəndaşa məxsus "Vaz" markalı minik avtomobilinin yanar hissələri yanmışdır. Yaxınlıqdakı qamışlıq sahə yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər