Səhiyyə Nazirliyi 41 saxta diplomla bağlı işləri hüquq-mühafizə orqanlarına göndərib

Səhiyyə Nazirliyi 41 saxta diplomla bağlı işləri hüquq-mühafizə orqanlarına göndərib

7 Mart 2013 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi ötən il ərzində Azərbaycanda 41 orta tibb işçisinin diplomunun saxta olması faktını təsdiq edib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlamasında bildirib ki, 2012-ci il ərzində işə qəbulla bağlı müraciət edən bəzi orta tibb işçilərinin diplomları Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən şübhə doğurub: "Bundan sonra həmin diplomların araşdırılmasına başlanıb və bütün orta tibb işçilərinin diplomları yoxlanılıb. Araşdırma nəticəsində orta tibb işçilərindən 41-nin diplomunun saxta olması məlum olub. Bu saxta diplomlar ölkənin müxtəlif orta ixtisas təhsili müəssisələrində verilib. Bununla bağlı müvafiq tədbirlər görmək üçün Səhiyyə Nazirliyi tərəfindən işlər hüquq-mühafizə orqanlarına göndərilib. Məsələyə onlar tərəfindən baxıldıqdan sonra lazımi hüquqi qiymət veriləcək".

O.M.