Bakıda mənzildən külli miqdarda pul aparıblar

Bakıda mənzildən külli miqdarda pul aparıblar

30 Aprel 2013 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhərinin Yasamal rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, H.Zərdabi küçəsində yerləşən "7 Gözəl" yaşayış kompleksi, bina 3, mənzil 28-dən 10 min manat pul, xeyli miqdarda qızıl-zinət əşyaları oğurlanıb.Hazırda fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri aparılır.

O.M.