İlham Mirzəyevin restoranı da yoxlanıldı
Teleaparıcı İlham Mirzəyevin bütün biznes obyektləri güc strukturları tərəfindən yoxlanılır. Aparıcıya məxsus olan Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən "Tale yolları" şadlıq sarayına da dünən polis əməkdaşları baş çəkiblər. Şadlıq sarayı hazırda bağlanmasa da, adminstrator Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən idarəyə aparılıb. İzahatı alındıqdan sonra sərbəst buraxılıb. Xatırladaq ki, İ.Mirzəyev barəsində AR CM-nin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. Istintaq gedir.
Mediainfo.az
Digər xəbərlər


.jpg)














































.jpg)

























.jpg)

















