Adam bıçaqlayana hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində başqasına xəsarət yetirməkdə təqsirləndirilən Samit Munasinxenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
apa-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, S. Munasinxe 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 1994-cü il təvəllüdlü S. Munasinxe 1996-cı il təvəllüdlü İbrahim Əliyevi münaqişə zəminində bıçaqlayıb.
Onu da qeyd edək ki, atası hindistanlı, anası rus olan S. Munasinxe Azərbaycan vətəndaşıdır.
Mediainfo.az
Digər xəbərlər