Uşaq bezlərini oğurlamaqda təqsirləndirilən afroamerikalı izahatında bildirdi ki... - FOTO
Amerikalı Kevin Harqrouv uşaq bezləri oğurladığı üçün həbs olunub. Onun törətdiyi əməllər nəticəsində supermarketlərə dəyən ziyan 10 min dolları keçib.
Nyu-Yorkun Bruklin rayonunun sakini niyyətini ştrix-kodları dəyişərək, məhsulları daha ucuz qiymətə almaqla həyata keçirib. O, bu üsulla 99 dollar olan bir paket uşaq bezini 1 dollara alıb. Daha sonra oğurladığı məhsulu küçədə satıb.
"Bu şəxs özünün də dediyi kimi, Nyu-York, Nyu-Cersi və Konnektikutda bütün Stop&Shop mağazalarından oğurluq edib",- deyə prokuror Dayana Peress bildirib.
Prokurorun sözlərinə görə, son yarım ildə Kevin Harqrouv 100-dən çox oğurluq hadisəsi törədib.
24 yaşlı amerikalı oğurluqla yanaşı, sənədləri saxtalaşdırmaqda da günahlandırılır. Lakin gənc afroamerikalı özünü günahkar saymayıb, uşaq bezlərini yalnız öz uşaqları üçün oğurladığını bildirib. (apa)
Mediainfo.az