"Avropa" otelində qan töküldü!

"Avropa" otelində qan töküldü!

22 Aprel 2015 10:38
Bəyəndim (0) Bəyənmədim (0)
Bir nəfəri qətlə yetirib, digərini yaralayan şəxs axtarışdadır

Ötən gün Tbilisi prospekti 32 ünvanında yerləşən "Avropa" hotelində cinayət hadisəsi qeydə alınıb. Hotelin nəzdində yerləşən idman zalında naməlum şəxs münaqişə zəminində 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Bakı sakini Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətindən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev olduğu müəyyən edilib. Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

Mediainfo.az