Lənkəranda 18 yaşlı oğlan bıçaqlanıb
Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, hadisə ötən gecə rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1996-cı il təvəllüdlü Rüfət Əliyev aralarında olan şəxsi münasibətlər zəminində həmkəndlisi, 1997-ci il təvəllüdlü Mirsəddam Qafarlını bıçaqlayıb. Yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra yaralının vəziyyətinin stabil olduğu bildirilir.
Hadisəni törətmiş R.Əliyev isə saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər



























.jpg)



































































